MUSTAFAYEVA Aytən İnqlab qızı
Constituency: 21 saylı Nəsimi birinci seçki dairəsi
1968-ci il mayın 23-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan bürosunun idarə heyəti sədrinin müavinidir. Onlarca elmi məqalənin müəllifidir. Fars, rus və ingilis dillərini bilir.
1991-ci ildən Bakı şəhərinin 193 saylı orta məktəbində müəllim işləmişdir. 1993-cü ildən Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi, şöbə müdiri, prorektoru, 2004-cü ildən Azərbaycan MEA-nın İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi, şöbə müdiri vəzifələrində çalışmışdır. 2009-cu ildən İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun direktorudur.
Bitərəfdir.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür. Estoniya, Finlandiya, Gürcüstan, İsrail, Niderland parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
2 övladı var.
Party association: Independent