ABDULLAYEV Rövnəq İbrahim oğlu
Constituency: 24 saylı Nizami birinci seçki dairəsi
1965-ci il aprelin 3-də Naxçıvan şəhərində anadan olmuşdur. Moskva İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirmişdir. Rus dilini bilir.
1989-cu ildən «Neft Daşları» NQÇİ-də, «28 May» NQÇİ-də, «Xəzərdənizneftqaztikinti» Trestinin tikinti-quraşdırma idarəsində mühəndis, şöbə rəisi, baş mühəndis işləmişdir. 1997-ci ildən «Xəzərdənizneftqaztikinti» Trestinin müdiri, 2003-cü ildən Heydər Əliyev adına Bakı neft emalı zavodunun direktoru vəzifələrində çalışmışdır. 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Azərbaycan–Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Böyük Britaniya, Gürcüstan, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var
Party association: New Azerbaijan Party