MUSTAFA Fazil Qəzənfər oğlu
Constituency: 26 saylı Sabunçu birinci seçki dairəsi
1965-ci il oktyabrın 19-da Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. 1 monoqrafiyanın, 11 kitabın və onlarca məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1991-ci ildən Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992–1993- cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, 1998–2001-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini vəzifələrində çalışmışdır.
Böyük Quruluş Partiyasının sədridir.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür. Belçika, İordaniya, İran, Malayziya, Rumıniya, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var
Party association: Great Arrangement Party