QULİYEV Fərəc İbrahim oğlu
Constituency: 31 saylı Siraxanı ikinci seçki dairəsi
1962-ci il dekabrın 22-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Üstüpü kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. İctimai Peşələr Fakültəsində hüquq təhsili almışdır. «Qız Qalası» mükafatına və «Спортивная Россия» medalına layiq görülmüşdür. 5 kitabın müəllifidir. AXC-nin təsisçilərindəndir. Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur. Anqlosaks-Türk Assambleyasının prezidentidir. Azərbaycan Şito-ryu Karate-do Federasiyasının fəxri prezidentidir. Rus və alman dillərini bilir.
1984-cü ildən Sumqayıt boru-prokat zavodunda feldşer işləmişdir. 1986-cı ildən Naxçıvan Respublika Xəstəxanasının həkimi, 1987-ci ildən Ordubad rayon Çənnəb kənd xəstəxanasının həkimi, baş həkimi vəzifələrində çalışmışdır.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədridir.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. Gürcüstan, Qazaxıstan, Litva, Moldova, Rumıniya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.
Party association: 'National Revival Movement' Party