ABIYEV Ağacan Qulam oğlu
Constituency: 32 saylı Suraxanı üçüncü seçki dairəsi
1937-ci il noyabrın 24-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun Metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirmişdir. Texnika üzrə fəlsəfə doktoru, professordur. Əməkdar elm xadimidir. Beynəlxalq Elmlər Akademiyasının üzvüdür. İdman ustası və beynəlxalq dərəcəli hakimdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası vardır. Rus və ingilis dillərini bilir.
1957-ci ildən «Neftçi» İdman Cəmiyyətində məşqçi işləmişdir. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun Avtomatika və hesablama texnikası kafedrasının müəllimi olmuşdur. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan–Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Bolqarıstan, Polşa, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Party association: New Azerbaijan Party