AĞAZADƏ İqbal Fehruz oğlu
Constituency: 35 saylı Xətai üçüncü seçki dairəsi
1968-ci il sentyabrın 18-də Füzuli rayonunun Merdinli kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini və Kiyev Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus, fars və ingilis dillərini bilir.
1994-cü ildən Bakı Dövlət Universitetində, 1995–1999-cu illərdə Bakı Asiya Universitetində müəllim işləmişdir.
Azərbaycan Ümid Partiyasının sədridir.
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür. Azərbaycan–Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Finlandiya, İordaniya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Party association: 'Umid' Party of Azerbaijan