SEYİDOV Səməd İsmayıl oğlu
Constituency: 36 saylı Xətai dördüncü seçki dairəsi
1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Leninqrad Dövlət Universitetinin Psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Psixologiya elmləri doktoru, professordur. 100-dən çox elmi məqalənin, bir sıra dərsliklərin, dərs vəsaitlərinin və monoqrafiyaların müəllifidir. İngilis, fransız və rus dillərini bilir.
1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, 1990-cı ildən müəllim, baş müəllim, 1994-cü ildən tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Dövlət Dillər Universitetinin rektorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Azərbaycan–Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Qazaxıstan, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prezidentidir.
Evlidir, 2 övladı var
Party association: New Azerbaijan Party