ABBASOV Aydın Abbas oğlu
Constituency: 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi
1976-cı il avqustun 26-da Gəncə şəhərində anadan olmuşdur. Londondakı Amerika kollecinin Biznesi idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir. İngilis və rus dillərini bilir.
1998–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsində Qazın satışı və marketinqi şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
Bitərəfdir.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan–Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İndoneziya, Latviya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var
Party association: Independent