QASIMLI Musa Cəfər oğlu
Constituency: 42 saylı Sumqayıt ikinci seçki dairəsi
1957-ci il oktyabrın 28-də Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tarix elmləri doktoru, professordur. ABŞ-da Orta Şərq Araşdırmaları Mərkəzinin, Türkiyədə Turan Strateji Araşdırma Mərkəzinin, Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin üzvüdür. Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 25-dən çox monoqrafiyanın, dərsliyin və dərs vəsaitinin, 105-dən artıq elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1979–1982-ci illərdə Yardımlı rayonunun orta məktəblərində müəllim işləmişdir. 1986–1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin yeni və ən yeni tarix kafedrasının müəllimi, baş müəllimi, dosenti, universitetin tarix fakültəsı dekanının müavini olmuşdur. 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Beynəlxalq münasibətlər şöbəsində aparıcı mütəxəssis, baş məsləhətçi vəzifələrində çalışmışdır. 1997-ci ildən Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur.
Bitərəfdir.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Belçika, Bosniya- Herseqovina, Braziliya, Danimarka, Estoniya, Kanada, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var.
Party association: Independent