BABAYEV Muxtar Bahadur oğlu
Constituency: 43 saylı Sumqayıt Abşeron seçki dairəsi
1967-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin Politologiya fakültəsini və Ümumrusiya Xarici Ticarət Akademiyasının İqtisadiyyat fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1991-ci ildən Azərbaycan Respublikasının Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində aparıcı iqtisadçı, 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində şöbə rəisinin müavini, şöbə rəisi işləmişdir. 1994-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə rəisi, idarə rəisinin müavini, 2006-cı ildən Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəis müavini, rəisi, 2007-ci ildən Şirkətin vitse-prezidenti vəzifələrində çalışmışdır. 2010-cu ildə «Azərikimya» İstehsalat Birliyinin baş direktoru olmuşdur. Hazırda «Azərikimya» İstehsalat Birliyi Müşahidə Şurasının sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Əfqanıstan, İsveç, Litva, Liviya, Niderland, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Party association: New Azerbaijan Party