SALAYEV Hacı HacıBaba oğlu
Constituency: 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi
1968-ci il iyunun 28-də Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Plan-iqtisad fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
1985-ci ildən Azərbaycan Respublikası Dövlət İdman Komitəsinin İdman İstehsalat Birliyində fəhlə kimi fəaliyyətə başlamış, sonralar əmtəəşünas, iqtisadçı işləmişdir. 1991–1996-cı illərdə Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat Birliyinin «Şəbəkə» filialının direktoru olmuşdur. 1996–2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarədə (Milli Təhlükəsizlik Nazirliyi) əməliyyat müvəkkili vəzifəsindən şöbə rəisi vəzifəsinədək xidmət yolu keçmişdir. Ehtiyatda olan polkovnik-leytenant rütbəli zabitdir. 2002-ci ildən «Trust-SS» MMC-nin baş direktoru, 2005-ci ildən ARDNŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifələrində çalışmışdır. 2006–2010-cu illərdə «Trust- SS» MMC-nin İdarə Heyətinin sədri olmuşdur. 2010-cu ilin fevral ayından «AzKommunal Servis» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədridir.
Bitərəfdir.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. Bolqarıstan, Braziliya, Estoniya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasının Hüquq məsələləri daimi komissiyası sədrinin müavinidir.
Evlidir, 2 övladı var.
Party association: Independent