ALIŞANOV Arif Nizam oğlu
Constituency: 45 saylı Abşeron seçki dairəsi
1960-cı il iyulun 30-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsini, Jurnalist Sənətkarlığı İnstitutunu və Bakı Ali Partiya Məktəbini bitirmişdir. İqtisad üzrə fəlsəfə doktorudur. 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilmişdir. Əməkdar mədəniyyət işçisidir. Avrasiya Televiziya Akademiyasının akademikidir. Azərbaycan Jurnalistlər Birliyinin və Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının üzvüdür. Rus dilini bilir.
1977–2000-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində quruluşçu, Plan-maliyyə şöbəsinin böyük iqtisadçısı, şöbə rəisinin müavini, rəisi, İqtisadiyyat baş idarəsinin rəisi, Texniki-istehsalat birliyinin direktoru, 2001-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin müavini vəzifələrində çalışmışdır. 2006-cı ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədridir.
Bitərəfdir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Azərbaycan–Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, ABŞ, Çin, Finlandiya, İsrail, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var
Party association: Independent