OSMANLI Ceyhun Yunis oğlu
Constituency: 63 saylı Sabirabad birinci seçki dairəsi
1982-ci il yanvarın 30-da Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Politologiya fakültəsinin bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir. Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən «SENSE» proqramının, Harvard Universitetinin (Boston, ABŞ) «Liderlər inkişafda» proqramının məzunudur. 1 kitabın, 10-a yaxın elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
2000–2006-cı illərdə Azərbaycan Könüllülər İctimai Birliyinin sədri, 2002–2005-ci illərdə Avropa Şurasının Gənclər Məsələləri üzrə Məsləhət Şurasının və Proqram Komitəsinin üzvü, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi, 2006–2009-cu illərdə Azərbaycan Gənclər Parlamentinin sədri olmuşdur. 2008-ci ildən «İrəli» İctimai Birliyinin sədridir. 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvüdür.
Bitərəfdir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Estoniya, İordaniya, Latviya, Meksika parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Party association: Independent