XƏLİLOV Rüstəm Gülabba oğlu
Constituency: 64 saylı Sabirabad ikinci seçki dairəsi
1958-ci il iyunun 1-də Sabirabad rayonunun Hacıbəbir kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Rus dilini bilir.
1980-ci ildən Sabirabad rayonunda kənd təsərrüfatı idarəsində aqronom, 1983-cü ildən rayon Komsomol Komitəsinin katibi, ikinci katibi, birinci katibi, 1989-cu ildən Sabirabad Rayon Partiya Komitəsinin Təşkilat və kadr işi şöbəsinin müdiri işləmişdir. 1991-ci ildən G.Xəlilov adına kolxozun idarə heyətinin sədri, 2000-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara gömrük keçid məntəqəsi rəisinin müavini vəzifələrində çalışmış, 2002–2005-ci illərdə fərdi təsərrüfatçılıqla məşğul olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan–Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Qazaxıstan, Macarıstan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var.
Party association: New Azerbaijan Party