AXUNDOVA Elmira Hüseyn qızı
Constituency: 71 saylı Masallı kənd seçki dairəsi
1953-cü il mayın 26-da Moskva vilayətinin Ramenskoye qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. Əməkdar jurnalistdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Həsən bəy Zərdabi, Rəsul Rza və Nəcəf Nəcəfov mükafatları laureatıdır. R.Rza adına Beynəlxalq Ədəbiyyat Fondunun vitse-prezidentidir. Bir sıra bədii və publisistik kitabların müəllifidir. Rus və fransız dillərini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür.
1977-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, 1980-ci ildən Azərbaycan Yazıçılar İttifaqında referent-məsləhətçi, 1988- ci ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifələrində çalışmışdır. 1990-cı ildən «Литературная газета»nın, 1993-cü ildən «Свобода» radiosunun müxbiri, 1998-ci ildən «Общая газета»nın Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur. 2002-ci ildən Bakı Slavyan Universitetinin dosentidir.
Bitərəfdir.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan–Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Küveyt, Macarıstan, Rusiya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 2 övladı var.
Party association: Independent