QULİYEV Rüfət Atakişi oğlu
Constituency: 73 saylı Lənkəran şəhər seçki dairəsi
1963-cü il mayın 6-da Bakı şəhərində anadan olmuşdur. Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun Himayəçilər Şurasının üzvü, Azərbaycan–Türkiyə İş Adamları Birliyinin həmsədridir. 200-dək elmi əsərin və məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1986-cı ildən Azərbaycan Politexnik İnstitutunda baş laborant, müəllim, baş müəllim, 1997-ci ildən Azərbaycan Texniki Universitetində dosent vəzifələrində çalışmışdır. 1999-cu ildən «European Tobacco-Baku» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədridir.
Bitərəfdir.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Azərbaycan–Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Danimarka, Hindistan, İtaliya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında və GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür.
Evlidir, 2 övladı var
Party association: Independent