ƏSGƏROV Ziyafət Abbas oğlu
Constituency: 76 saylı Lənkəran – Astara seçki dairəsi
2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavinidir.
1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Naxçıvan rayonunun (indiki Babək rayonunun) Aşağı Uzunoba kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq üzrə fəlsəfə doktoru, professordur. Bir neçə dərsliyin, dərs vəsaitinin və onlarca elmi məqalənin müəllifidir. Rus və fransız dillərini bilir.
1995-ci ildə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olmuşdur.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvüdür.
1990-cı ildən Bakı Dövlət Universitetində Konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda Konstitusiya hüququ kafedrasının professorudur.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2000-ci il noyabrın 24-dən 2005-ci il dekabrın 2-dək parlament Sədrinin müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komitəsinin sədri vəzifələrində çalışmışdır.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədridir.
NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Evlidir, 2 övladı var.
Party association: New Azerbaijan Party