ASLANOV Novruzəli Davud oğlu
Constituency: 86 saylı İsmayıllı seçki dairəsi
1963-cü il martın 22-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Avtomatika və elektron-hesablayıcı texnika fakültəsini bitirmişdir. Beynəlxalq Ekologiya-Energetika Akademiyasının fəlsəfə doktorudur. «Tərəqqi» medalı və 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilmişdir. 8 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür.
1985-ci ildən Bakı elektron-hesablayıcı maşınlar zavodunda mühəndis-konstruktor, böyük mühəndis, şöbə müdiri, direktor müavini işləmişdir. 1991-ci ildən «Azərağackağız» İdarəsinin rəis müavini, rəisi, «Azərağackağız» Səhmdar Cəmiyyətinin sədri, prezidenti vəzifələrində çalışmışdır. 1999–2003-cü illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri olmuşdur. 2003-cü ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.
Bitərəfdir.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüdür. Azərbaycan–Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Albaniya, Danimarka, Kuba, Tacikistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var.
Party association: Independent