CAVADOV Ərəstun Nurəddin oğlu
Constituency: 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi
1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olmuşdur. Moskva Kooperativ İnstitutunun Əmtəəşünaslıq fakültəsini bitirmişdir. Rus dilini bilir.
1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, «Azərgeyimticarət» bazasında əmtəəşünas işləmişdir. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışmışdır. 1998–2005-ci illərdə «Mərkəzi Univermaq» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüdür. Azərbaycan–İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Latviya, Litva, Moldova, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 1 övladı var.
Party association: New Azerbaijan Party