ƏLİYEVA Jalə Fazil qızı
Constituency: 92 saylı Zərdab-Ucar seçki dairəsi
1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, daha sonra həmin universitetin Hüquq fakültəsində təhsil almışdır. Filologiya elmləri doktorudur. Türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. 3 monoqrafiyanın və 40-dan çox elmi məqalənin müəllifidir. Rus və ərəb dillərini bilir.
1988–1992-ci illərdə Azərbaycan Mədəniyyət Fondunda müfəttiş vəzifəsində işləmişdir. 1992–2005-ci illərdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində tərcüməçi vəzifəsində çalışmışdır. 1988- ci ildən Bakı Dövlət Universitetinin müəllimi olmuşdur. Hazırda BDU-nun Türk filologiyası kafedrasının professorudur.
Bitərəfdir.
Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Hindistan, İrlandiya, İtaliya, Misir, Portuqaliya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədridir.
1 övladı var
Party association: Independent