BAXŞƏLİYEVA Gövhər Baxşəli qızı
Constituency: 94 saylı Bərdə kənd seçki dairəsi
1954-cü il noyabrın 26-da Bərdə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. «Qızıl qələm» mükafatı laureatıdır. 5 monoqrafiyanın, 7 kitabın və 150-dək elmi və elmi-publisistik məqalənin müəllifidir. Ərəb, fars, rus və ingilis dillərini bilir.
1977-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 1997-ci ildən Azərbaycan MEA- nın Şərqşünaslıq İnstitutunun direktorudur.
Bitərəfdir.
İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, 2001-ci il iyunun 12-dən 2005-ci il dekabrın 2-dək parlament Sədrinin müavini vəzifəsində çalışmışdır.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan–Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, İran, İsveçrə, Suriya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
1 övladı var.
Party association: Independent