ASLANOV Mahir Məhəmmədəli oğlu
Constituency: 96 saylı Goranboy-Naftalan seçki dairəsi
1949-cu il noyabrın 22-də Naftalan şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini bitirmişdir. Rus dilini bilir.
1971-ci ildən Xabarovsk Vilayətinin Teploozyorski sement zavodunda mexanik işləmişdir. 1973–1978-ci illərdə «Aztransqaz» İstehsalat Birliyində mühəndis, böyük mühəndis, Avtomobil təsərrüfatının müdiri, 1978–1992-ci illərdə Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyində təhlükəsizlik texnikası üzrə mühəndis, böyük mühəndis, Şəhərlərarası sərnişindaşıma avtobus parkında baş mühəndis, Şəhərlərarası sərnişindaşıma avtokombinatında aparıcı mühəndis, baş mühəndisin müavini, baş mühəndis işləmişdir. 1992-ci ildən «Azəravtonəqliyyat» Dövlət Konserninin aparıcı mühəndisi, 1993-cü ildən «Azazmoimport» firmasının, 1995-ci ildən «Kəpəz» firmasının direktoru vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüdür. Azərbaycan–Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belçika, Bolqarıstan, Finlandiya, Gürcüstan, Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var
Party association: Independent