ƏLİYEV Qulamhüseyn Surxay oğlu
1958-ci il oktyabrın 8-də Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədridir.
1995-ci il noyabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının üzvüdür.
Evlidir, 4 övladı var.
Party association: Public Front Party of Azerbaijan