QULİYEV Musa İsa oğlu
Constituency: 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi
1961-ci il noyabrın 25-də Ermənistan Respublikası Sisian rayonunun Urud kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Tibb üzrə fəlsəfə doktorudur. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür. «Nizami», «Aydın», «Araz» və Yusif Məmmədəliyev ədəbi mükafatları laureatıdır. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin gümüş medalı və BMT-nin I dərəcəli Hippokrat ordeni ilə təltif edilmişdir. 15 kitabın və 150-dən çox məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1984-cü ildən Gəncə şəhərində narkoloji dispanserdə həkim-narkoloq, 1990-cı ildən Bakıda poliklinikada həkim-nevropatoloq, 1993-cü ildən Yasamal rayon Həkim- əmək ekspert komissiyasında ekspert-nevropatoloq, 1994–2000-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri, idarə rəisi vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, Əmək və sosial siyasət komitəsinin, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Braziliya, Çexiya, Estoniya, Qazaxıstan, Litva, Özbəkistan, Pakistan, Rumıniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.
Party association: New Azerbaijan Party