ƏSƏDOV Oqtay Sabir oğlu
Constituency: 45 saylı Abşeron seçki dairəsi
2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisinin Sədridir.
1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Maşınqayırma texnologiyası fakültəsini bitirmişdir. «Şərəf» ordeni ilə təltif edilmişdir. Rusiya Federasiyasının «Dostluq» ordeninə layiq görülmüşdür. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalı ilə təltif edilmişdir. Azərbaycan Tennis Federasiyasının prezidentidir. Beynəlxalq Su Assosiasiyasının üzvüdür. Rus və ingilis dillərini bilir.
1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta, baş usta və sahə rəisi işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri Baş İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin «Azərsantexquraşdırma» Trestinin böyük texnoloqu, idarə rəisi, 1988–1996-cı illərdə «Azərsantexquraşdırma» Birliyinin rəisi olmuşdur. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə «Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.
Evlidir, 2 övladı var.
Party association: New Azerbaijan Party