MƏMMƏDOV İlham Kazım oğlu
Constituency: 48 saylı Yevlax seçki dairəsi
1962-ci il yanvarın 13-də Yevlax şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus dilini bilir.
1986-cı ildən Yevlax Şəhər Mərkəzi Xəstəxanasında sahə həkimi, həkim-endoskopist, şöbə müdiri, həkim-qastroenteroloq, 2001-ci ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında böyük həkim vəzifələrində çalışmışdır. 2004–2005-ci illərdə Yevlax Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi olmuşdur.
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədridir.
Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Səhiyyə komitəsinin üzvüdür. Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bəhreyn, Estoniya, Misir, Rumıniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
1 övladı var.
Party association: New Azerbaijan Party