BADAMOV Azər Camal oğlu
Constituency: 51 saylı Qusar seçki dairəsi
1968-ci il avqustun 18-də Qusar rayonunun Düztahir kəndində anadan olmuşdur. Azərbaycan Texnologiya İnstitutunun Qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. Rus dilini bilir.
1988-ci ildən Kirov adına sovxozda fəhlə, 1990-cı ildən Qusar Şəhər İctimai İaşə İdarəsində iqtisadçı, 1991-ci ildən Qusar Rayon Mərkəzi Xəstəxanasında müfəttiş işləmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin birinci dərəcəli müfəttişi, 1994-cü ildən «Şahdağ» firmasının iqtisadçısı vəzifələrində çalışmışdır. 2003–2007-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2008–2010- cu illərdə «Aztelekom» İstehsalat Birliyinin Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan- Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya və Yeni Zelandiya, Danimarka, İsveç, Portuqaliya, Rusiya, Tacikistan, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Party association: New Azerbaijan Party