ABRAMOV Yevda Sasunoviç
Constituency: 53 saylı Quba-Qusar seçki dairəsi
1948-ci il iyunun 12-də Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. Rus, türk və fars dillərini bilir.
1971-ci ildən Quba rayonunda kənd orta məktəbində müəllim, direktor müavini işləmişdir. 1987-ci ildən Qırmızı Sloboda qəsəbəsində İcraiyyə Komitəsinin sədri, orta məktəb müəllimi, 2000–2005-ci illərdə bələdiyyə sədri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İnsan hüquqları komitəsi sədrinin müavinidir. Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Kuba, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür.
4 övladı var.
Party association: New Azerbaijan Party