XƏLİLOV Rüstəm Gülabba oğlu
Constituency: 64 saylı Sabirabad ikinci seçki dairəsi
1958-ci il iyulun 1-də Sabirabad rayonunun Hacıbəbir kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Rus dilini bilir.
1980-ci ildən Sabirabad rayonunda kənd təsərrüfatı idarəsində aqronom, 1983-cü ildən rayon Komsomol Komitəsinin katibi, ikinci katibi, birinci katibi, 1989-cu ildən Sabirabad Rayon Partiya Komitəsinin Təşkilat və kadr işi şöbəsinin müdiri işləmişdir. 1991-ci ildən G.Xəlilov adına kolxozun idarə heyətinin sədri, 2000-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara gömrük keçid məntəqəsi rəisinin müavini vəzifələrində çalışmış, 2002–2005-ci illərdə fərdi təsərrüfatçılıqla məşğul olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan- Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Çexiya, Gürcüstan, Koreya, Qazaxıstan, Latviya, Macarıstan, Moldova, Rusiya, Türkiyə, Türkmənistan, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 4 övladı var
Party association: New Azerbaijan Party