ƏLİYEV Nəriman Əlibala oğlu
Constituency: 70 saylı Masallı şəhər seçki dairəsi
1968-ci il avqustun 30-da Masallı şəhərində anadan olmuşdur. Bakı Yeyinti Sənayesi Texnikumunu, Cənubi Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsini və «Odlar Yurdu» Universitetinin Hüquq fakültəsini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Rus dilini bilir.
1991–1998-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 1999-cu ildən «Nur-M» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür. Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran, İspaniya, Niderland, Portuqaliya, Tailand, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var.
Party association: New Azerbaijan Party