MAHMUDOV Rəşad Məmmədqulu oğlu
Constituency: 77 saylı Astara seçki dairəsi
1974-cü il yanvarın 18-də Astara rayonunda anadan olmuşdur. Türkiyə Respublikasında 9 Eylül Universitetini və Ege Universitetini bitirmişdir. Əməkdar həkimdir. Tibb elmləri doktorudur. «Tərəqqi» medalı ilə təltif edilmişdir. «Qızıl çinar» mükafatına layiq görülmüşdür. 20-yə qədər beynəlxalq konfransın təşkilatçısı, Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 2 kitabın, 80-ə yaxın elmi məruzə və məqalənin müəllifidir. İngilis və rus dillərini bilir.
«Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası» İctimai Birliyi Rəyasət Heyətinin sədridir.
1997–2003-cü illərdə Türkiyə Respublikasının Ege Universitetində Ürək cərrahiyyəsi kafedrasında həkim cərrah, 2003–2004-cü illərdə Sifa xəstəxanasında ürək və damar cərrahı, 2004–2005-ci illərdə Kent Xəstəxanasında ürək və damar cərrahı kimi çalışmışdır. 2005–2015-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında Ürək və Damar Cərrahiyyəsi Mərkəzinin rəhbəri olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Səhiyyə komitəsinin üzvüdür. Almaniya Federativ Respublikası, Avstraliya və Yeni Zelandiya, Böyük Britaniya, Estoniya, İtaliya, Özbəkistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir, 3 övladı var.
Party association: New Azerbaijan Party