MURADOVA Bahar Əvəz qızı
Constituency: 84 saylı Füzuli seçki dairəsi
2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir.
1962-ci il martın 20-də Füzuli şəhərində anadan olmuşdur. Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Azərbaycan Universitetinin Hüquq fakültəsini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına layiq görülmüşdür. «Xan qızı Natəvan», «Vətən» və digər mükafatların laureatıdır. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. İngilis və rus dillərini bilir.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
1981-ci ildən Bakıda tikiş fabrikində tikişçi-nəzarətçi, 1989-cu ildən Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-ci ildən «Qayğı» Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləmişdir. 1993-cü ildən Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışmışdır. 1995–2009-cu illərdə YAP- ın Qadınlar Şurası sədrinin müavini, 1999–2005-ci illərdə YAP-ın icra katibinin müavini olmuşdur. 2013-cü ildən YAP-ın Beynəlxalq əlaqələr komissiyasının sədridir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.
İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədridir.
Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Evlidir, 1 övladı var.
Party association: New Azerbaijan Party