SÜLEYMANOV Elxan Sirac oğlu
Constituency: 85 saylı Şamaxı seçki dairəsi
1940-cı il dekabrın 6-da Göyçay rayonunun Hacalı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Teatr İnstitutunun Mədəni-maarif fakültəsini bitirmişdir. «Şöhrət» ordeni və «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilmişdir. 15-dən çox kitabın müəllifidir. Rus dilini bilir.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təsisçisidir.
1966–1990-cı illərdə Bakı şəhərində müxtəlif mədəniyyət müəssisələrinə rəhbərlik etmişdir. 1990–1998-ci illərdə Rusiya–Amerika Universiteti Azərbaycan bölməsinin baş direktoru, 1996-cı ildən həm də Azərbaycan–Bolqarıstan birgə müəssisəsinin baş direktoru, 2003–2010-cu illərdə «Xəzər XXI əsr» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifələrində çalışmışdır.
Bitərəfdir.
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin üzvüdür. Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarıstan, Bosniya və Herseqovina, Finlandiya, Fransa, Mərakeş, Sloveniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var
Party association: Independent