HACIYEV Sabir Kamal oğlu
Constituency: 88 saylı Göyçay seçki dairəsi
1954-cü il oktyabrın 5-də Göyçay şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1977-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVAQ İdarəsində məsləhətçi, baş məsləhətçi, Qanunların Sistemləşdirilməsi və Qanun Layihələrinin Hazırlanması İdarəsində baş məsləhətçi, rəis müavini işləmişdir. 1988-ci ildən respublika prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, hüquq siyasəti üzrə Azərbaycan Respublikasının Dövlət müşaviri olmuşdur.
Vətəndaş Birliyi Partiyasının sədridir.
On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Lüksemburq, Polşa, Rusiya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür.
2 övladı var.
Party association: Civic Unity Party