ƏLİYEVA Jalə Fazil qızı
Constituency: 92 saylı Zərdab-Ucar
1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, daha sonra həmin universitetin Hüquq fakültəsində ikinci ali təhsil almışdır. Filologiya elmləri doktoru, professordur. Türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. 4 monoqrafiyanın, 2 dərs vəsaitinin və 70-dən çox elmi məqalənin müəllifidir. Rus, ingilis və ərəb dillərini bilir.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının və Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin Elmi Şurasının üzvüdür.
1988–1992-ci illərdə Azərbaycan Mədəniyyət Fondunda müfəttiş vəzifəsində işləmişdir. 1992–2005-ci illərdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində tərcüməçi vəzifəsində çalışmışdır. 1988-ci ildən Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin müəllimi, 2007-ci ildən isə həmin fakültənin professorudur.
Bitərəfdir.
Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2008–2013-cü illərdə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Təhsil, səhiyyə və mədəniyyət komitəsinin sədr müavini, sədri
vəzifələrində çalışmışdır.
Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini, Əmək və sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Hindistan, İrlandiya, İtaliya, Misir, Portuqaliya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür.
1 övladı var.
Party association: Independent