ASLANOV Mahir Məhəmmədəli oğlu
Constituency: 96 saylı Goranboy-Naftalan seçki dairəsi
1949-cu il noyabrın 22-də Naftalan şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini bitirmişdir. Rus dilini bilir.
1971-ci ildən Xabarovsk Vilayətinin Teploozyorski sement zavodunda mexanik işləmişdir. 1973–1978-ci illərdə «Aztransqaz» İstehsalat Birliyində mühəndis, böyük mühəndis, Avtomobil təsərrüfatının müdiri, 1978–1992-ci illərdə Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyində təhlükəsizlik texnikası üzrə mühəndis, böyük mühəndis, Şəhərlərarası sərnişindaşıma avtobus parkında baş mühəndis, Şəhərlərarası sərnişindaşıma avtokombinatında aparıcı mühəndis, baş mühəndisin müavini, baş mühəndis işləmişdir. 1992-ci ildən «Azəravtonəqliyyat» Dövlət Konserninin aparıcı mühəndisi, 1993-cü ildən «Azazmoimport» firmasının direktoru vəzifələrində çalışmışdır. 1995-ci ildən «Kəpəz» firmasının direktorudur.
Bitərəfdir.
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüdür. Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belçika, Bolqarıstan, Əfqanıstan, Finlandiya, Gürcüstan, Monteneqro, Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var
Party association: Independent