ƏLİYEVA Sona Sakit qızı
Constituency: 99 saylı Şəmkir kənd seçki dairəsi
1980-ci il avqustun 4-də Şəmkir şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsini bitirmişdir. Əməkdar müəllimdir. Rus dilini bilir.
2000-ci ildən Şəmkir şəhərində orta məktəb müəllimi, 2012-ci ildən Şəmkir rayon Təhsil İdarəsində metodist işləmişdir. 2013–2015-ci illərdə Şəmkir Şəhər İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin
İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin İnsan hüquqları komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Argentina, Cənubi Afrika Respublikası, İndoneziya, İordaniya, İrlandiya, Qazaxıstan, Litva, Lüksemburq, Səudiyyə Ərəbistanı, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.
Party association: New Azerbaijan Party