BAYRAMOV Kamran Fərhad oğlu
Constituency: 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi
1979-cu il noyabrın 10-da Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1999–2007-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bərdə bölgə şöbəsinin böyük inspektoru, Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin İnsan hüquqları şöbəsinin aparıcı mütəxəssisi, baş mütəxəssisi, İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, 2007–2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin məsləhətçisi, aparıcı məsləhətçisi, böyük məsləhətçisi, baş məsləhətçisi, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan- Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Avstriya, Böyük Britaniya, Xorvatiya, Kuba, Qətər, Litva, Niderland parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
NATO-nun Parlament Assambleyasında və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətlərinin üzvü, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsi həmsədrinin müavinidir.
Evlidir, 3 övladı var
Party association: New Azerbaijan Party