RZAYEV Rövşən Şükür oğlu
Constituency: 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi
1962-ci il yanvarın 20-də Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Tarix və Hüquq fakültələrini bitirmişdir. 4 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1982-ci ildən Bakı şəhərinin Oktyabr Rayon Məhkəməsində tərcüməçi, dəftərxana müdiri işləmişdir. 1986-cı ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kadrlar şöbəsinin müfəttişi, Bakı Məişət Kondisionerləri İstehsalat Birliyi Texniki xidmət şöbəsinin kadrlar üzrə baş müfəttişi, 1990- cı ildən Nərimanov Rayon Məhkəməsinin məhkəmə icraçısı vəzifələrində çalışmışdır. 1994–2004-cü illərdə Bakı şəhər 41 saylı Dövlət notariat kontorunun dövlət notariusu olmuşdur.
Bitərəfdir.
İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, Gənclər və idman komitəsinin üzvüdür. Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Böyük Britaniya, Kanada, Küveyt, Latviya, Norveç, Özbəkistan, Türkiyə, Türkmənistan, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avropa Şurasının Parlament Assambleyasında və Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin, Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür.
Evlidir, 3 övladı var.
Party association: Independent