ƏLƏSGƏROV Valeh Feyruz oğlu
Constituency: 102 saylı Samux-Şəmkir seçki dairəsi
2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavinidir.
1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) Neft-mədən fakültəsini bitirmişdir.
1970–1991-ci illərdə SSRİ Neft-Qaz Sənayesi Nazirliyinin «Permneft», «Azneft» istehsalat birliklərində, 1992–2005-ci illərdə «Azərneft» Dövlət Konsernində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışmışdır.
Əməkdar mühəndisdir. «Şöhrət» və 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri ilə təltif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına layiq görülmüşdür.
Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir.
Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının həmsədridir.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvüdür.
Evlidir, 4 övladı var.
Party association: The Republican Alternative Party