AĞAYEVA Ülviyyə Cavanşir qızı
Constituency: 106 saylı Tovuz-Qazax- Ağstafa
1978-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. 10 monoqrafiyanın və broşürün, 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. Ümumdünya Sülh Federasiyası tərəfindən Sülh səfiri adına layiq görülmüşdür. Rus və ingilis dillərini bilir.
1999–2000-ci illərdə Azercell Telekom Birgə Müəssisəsinin mütəxəssisi, 2005–2008-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin müəllimi olmuş, 2008–2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 2015-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisidir.
Bitərəfdir.
Milli Məclisin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin üzvüdür. Avstriya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, İspaniya, İsveçrə, İtaliya, Qazaxıstan, Latviya, Mərakeş, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsi həmsədrinin müavinidir.
Evlidir, 2 övladı var.
Party association: Independent