CƏFƏROV Nizami Qulu oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 108 saylı Ağstafa
1959-cu il sentyabrın 21-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Dünya Alpaqut Federasiyasının prezidentidir. 50-dən çox kitabın müəllifidir. Rus, ingilis və fars dillərini bilir. 1985–1987-ci illərdə Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən «Ədəbiyyat və incəsənət» qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, 1994- cü ildən Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiri, Azərbaycanda Atatürk Mərkəzinin müdiridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il dekabrın 2-dən 2015-ci il noyabrın 24-dək Milli Məclisin Mədəniyyət komitəsinə rəhbərlik etmişdir. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Bəhreyn parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Küveyt, Qazaxıstan, Qırğızıstan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.