ƏLİYEVA Kamilə Əliağa qızı
Constituency: 111 saylı Zaqatala-Balakən
1967-ci il iyunun 8-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Biologiya elmləri doktoru, professordur. 1 monoqrafiyanın, 2 dərsliyin, 2 dərs vəsaitinin, 90-dan çox elmi məqalənin müəllifidir. Rus, ərəb, fransız və ingilis dillərini bilir.
1989-cu ildən Azərbaycan Dövlət Universitetinin Bitki fiziologiyası kafedrasının baş laborantı, Genetika və təkamül təlimi kafedrasının laborantı, baş laborantı, müəllimi, baş müəllimi, dosenti vəzifələrində çalışmışdır. 2007-ci ildən Bakı Dövlət Universitetinin Genetika və təkamül təlimi kafedrasının professorudur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Səhiyyə komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Gürcüstan, İsveç, Litva, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir, 2 övladı var.
Party association: New Azerbaijan Party