NAXÇIVANLI Aqiyə Həbib qızı
Constituency: 117 saylı Oğuz-Qəbələ
1950-ci il martın 11-də Oğuz şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Dillər İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi elmlər doktoru, professordur. 4 kitabın, 3 monoqrafiyanın, 40-dək elmi məqalənin müəllifidir. Əməkdar müəllimdir. «Əməkdə fərqlənməyə görə» medalı və «Şöhrət» ordeni ilə təltif edilmişdir. Rus dilini bilir.
1972-ci ildən Oğuz şəhərindəki 2 saylı orta məktəbin müəllimi, 1973-cü ildən Oğuz Rayon Komsomol Komitəsinin katibi, birinci katibi, 1977-ci ildən Azərbaycan LKGİ MK-nın şöbə müdiri, 1980-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin, 1983-cü ildən 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin təlimatçısı olmuşdur. 1986-cı ildən Bakı Ali Partiya Məktəbində baş müəllim, 1995-ci ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş müəllim, dosent, kafedra müdiri, elmi katib, aspirantura şöbəsinin müdiri işləmiş, 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 2005–2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun rektoru olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədridir. Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, İsveçrə, Monteneqro parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Party association: New Azerbaijan Party