İSMAYILOV İmamverdi İbiş oğlu
Constituency: 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi
1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Əməkdar jurnalistdir. «Qızıl qələm» mükafatı laureatıdır. Bir neçə kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.
1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir, kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri, 1987–1990-cı illərdə Azərbaycan Televiziyasının «Gənclik» Baş redaksiyasının baş redaktoru, 1990–1992-ci illərdə «Kirpi» satira jurnalının şöbə redaktoru vəzifələrində çalışmışdır. Hazırda Respublika Mətbuat Fondunun sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya və Yeni Zelandiya, Braziliya, İsveçrə, Kolumbiya, Koreya, Qətər, Səudiyyə Ərəbistanı, Slovakiya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var.
Party association: New Azerbaijan Party