Sattar Suliddin oglu MEHBALIYEV

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: Babek-Kangarli-Nakhchivan Constituency No 3
1955-ci il oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. «Şöhrət» ordeni və «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına layiq görülmüşdür. Rusiya Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür. Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının və Panavropa Regional Şurasının vitse-prezidentidir. Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının İcraiyyə Komitəsinin üzvüdür.
5 kitabın müəllifidir. Rus dilini bilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.
1973-cü ildən Bakı şəhərində dəmir-beton məmulatı zavodunda qəlibçi işləmişdir. 1976–1980-ci illərdə Bakı İstehsalat Tikiş Birliyində fəhlə, əmtəəşünas, mühəndis-iqtisadçı, baş mühasibin müavini, 1980–1993-cü illərdə Avtonəqliyyat və Şose Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müfəttiş-təlimatçısı, şöbə müdiri, sədri vəzifələrində çalışmışdır. 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir.
Bitərəfdir.
İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, İntizam komissiyasının üzvüdür. Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Moldova, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 3 övladı var.
Party association: Independent

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.