Gəncədə şəhidlərin anım mərasimləri keçirilib
Gəncədə Vətən müharibəsi şəhidləri - Yüksəl İlqar oğlu Əlizadənin, Rəşad İlham oğlu Babayevin, Elmar Saleh oğlu Məmmədovun və İlham Rauf oğlu Məmmədovun anım mərasimləri keçirilib.
Mərasimlərdə Milli Məclisin deputatları Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə şəhər icra hakimiyyətinin rəhbərliyi, şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət ediblər, qəbirləri üzərinə gül-çiçək dəstələri düzüblər. Şəhidlərin xatirələri hörmətlə anılıb, onların həyatlarından, şəxsi keyfiyyətlərindən, şanlı döyüş yolundan söz açılıb.
***
Yüksəl Əlizadə Vətən müharibəsinə qədər Gəncə şəhər prokurorluğunda çalışıb. Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edən əsgər Yüksəl Əlizadə 2020-ci il noyabrın 9-da Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabrın 20-də Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Yüksəl Əlizadə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
***
Rəşad Babayev Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə igidliklə vuruşub. Noyabrın 9-da Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik məqamına yüksəlib. 2020-ci il noyabrın 21-də Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid əsgər Rəşad Babayev “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
***
Elmar Məmmədov Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə igidliklə vuruşub. Noyabrın 9-da Xocavənd uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabrın 21-də Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid əsgər Elmar Məmmədov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
***
İlham Məmmədov Vətən müharibəsinin ilk günlərindən döyüşlərə yollanıb. Noyabrın 9-da Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2020-ci il noyabrın 21-də Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamları ilə şəhid əsgər İlham Məmmədov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi