Ana səhifə  /  XƏBƏRLƏR
1383

Milli Məclisin növbədənkənar sessiyası başlanıb

İyunun 8-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə VI çağırış Milli Məclisin 6-cı sessiyası öz işinə başlayıb. Milli Məclisin Sədri növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

08 iyun 2021    19:06
431

Azərbaycan və Latviya parlamentlərarası dostluq qruplarının görüşündə

İyunun 8-də Milli Məclisdə Azərbaycan və Latviya parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının görüşü keçirilib. Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov qonaqları salamlayaraq iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətindən söz açıb.

08 iyun 2021    18:32
292

Azərbaycan-Türkiyə parlament əlaqələri genişlənir

İyunun 7-də Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılığı ilə işçi qrupunun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyev Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun dəvəti ilə Ankaraya səfərə yola düşəcəklər.

05 iyun 2021    15:54
876

Elm və təhsil komitəsinin iclasında

İyunun 3-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib. Komitənin sədri Bəxtiyar Əliyev əvvəlcə “Milli Məclisin 2021-ci ilin yaz sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlərin hesabatı”nı təqdim edib.

03 iyun 2021    16:33
1398

Milli Məclisin yaz sessiyası başa çatıb

Mayın 31-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilib. Öncə 6 məsələdən ibarət gündəlik təsdiqlənib. Cari məsələlərin müzakirəsində deputatlar Fazil Mustafa, Qənirə Paşayeva, Hikmət Məmmədov, Azay Quliyev, Bəxtiyar Əliyev, Elman Nəsirov, Elşən Musayev, Elşad Mirbəşir oğlu, Bəhruz Məhərrəmov, Cavid Osmanov, Zahid Oruc bir sıra məsələləri diqqətə çatdırıblar.

31 may 2021    16:45
337

Parlamentlərarası İttifaqın Assambleya iclası keçirilib

Mayın 26-da və 27-də Parlamentlərarası İttifaqın 142-ci virtual Assambleya iclası keçirilib. İclasda “Bu gün pandemiyanın aradan qaldırılması və daha yaxşı gələcəyin qurulması: parlamentlərin rolu” mövzusunda müzakirələr aparılıb.

27 may 2021    19:07
1194

Milli Məclisin növbəti plenar iclası keçirilib

Mayın 27-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. Əvvəlcə, iclasın 15 bənddən ibarət gündəliyi təsdiqlənib. Sonra gündəlikdəki məsələlərə baxılıb.

27 may 2021    19:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.