Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub

Sədrin səfərləri
04 iyun 2021 | 18:23   
Paylaşın:        

Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan İslam  Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub. Milli Məclisin Sədri burada Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

Sonra parlamentin Sədri və nümayəndə heyətinin üzvləri səfirlik əməkdaşları ilə tanış olaraq onlar üçün burada yaradılmış şəraitlə yaxından maraqlanıblar.

Milli Məclisin Sədri səfirlikdəki xatirə kitabına öz ürək sözlərini yazıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU