HACIYEV Emin Məcid oğlu
1982-ci il fevralın 13-də Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatiya Akademiyasını bitirmişdir. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir.
2006-cı ildə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində aparıcı mütəxəssis vəzifəsində çalışmış, 2007-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyətinin gənclər təşkilatının sədri, 2007–2009-cu illərdə Azərbaycan Respublikası Baş Konsulluğunun əməkdaşı, 2009–2019-cu illərdə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin məsul katibi, idarə heyətinin üzvü, 2014–2019-cu illərdə Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurası İdarə Heyətinin üzvü olmuşdur. Hazırda Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Aqrar siyasət komitəsinin, Regional məsələlər komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Amerika Birləşmiş Ştatları, Avstriya, Çexiya, İtaliya, Qətər, Latviya, Macarıstan, Malayziya, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.
Evlidir, 3 övladı var.
Hesablayıcı komissiya
Regional məsələlər komitəsi
Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyası
Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Fərhad Nağıyev